داهی شاعر زلیم خان يعقوبون تهراندا کئچیریلن طنطعنهلی آنما مراسیمی

آپلود عکس

ایناملا فتح ائتدی سؤزون زیروه سین 
دئمه يین او زامان اؤلدو زلیم خان 
تبریز يوللارینا گؤزياشی سپدی 
تهراندا ساز چالیب گولدو زلیم خان

شعر: اوستاد حسین سيامی

بهمن آيی-نین 25 فئورالین 14-ده ایران عاشیقلار بیرلیگینین تشکیلاتچیلیغی ایله تهرانین “اندیشه” مدنیت ائوینده آذربایجانین آدلیم شاعری زلیم خان يعقوبون آنیم مراسیمی کئچیریلدی.

مراسیمده ایران آذربایجانلی لاری نین تانیمیش شخصیيت لری او جملهدن اوستاد ناظری شرفخانه ای، دوکتور حسین سیامی، اوستاد بهروز ایمانی،دوکتور حسین گونئيلی شاعر عاریف رفیعی آراشدیریجی حمید تئلیم خانلی، شاعر عاقد سرابی ، داود نادری و ائلیمزین باشقا ادبی نمایندهلری هابئله ضیالی لار اشتراک ائدیبلر.

مراسیمده ایران عاشیقلار بیرلیگی باشچیسی سلجوق شهبازی، ایرانین باشا-باشیندان گلمیش عاشیقلار ،تانینمیش شاعرلر و باشقالاری چیخیش ائدهرک ز.يعقوبون يارادیجیلیغیندان شعرینین اهمیتیندن دانیشدیلار.

سونرا زلیم خان.يعقوبون حیاتیندان بحث اولونان سندلی فیلم گؤستریلدی

مراسیم اشتراکچی لاری اوچون زلیم خان.يعقوبون ، يوسیف چاخیرلی ،مظاهیر طهماسیب پور طرفیندن اسگی الیفبايا کؤچورموش شعرلر کیتابی دا نمايیش ائدیلمیشدیر

شاعر محمد عبادی «آلیشیق » مراسیمی زلیم خانا ياراشان سويهده آپارا بیلمیشدیر.

Dahi şair zəlimxan yaqubun Teranda Keçirilən təntənəli anma mərasimi

İnamla fəth etdi sözün zirvəsin
Deməyin o zaman öldü zəlim xan
Təbriz yollarına gözyaşı səpdi 
Tehranda saz çalıb güldü zəlimxan

şer: ustad hüsen siyamı

Bəhmən ayının 25fevralın 14-də İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə Tehranın “Əndişə” Mədəniyyət Evində Azərbaycanın adlım şairi Zəlimxan Yaqubun anım mərasimi keçirildi.

Mərasimdə İran azərbaycanlılarıın tanımış şəxsiyətləri o cümlədən ustad Naziri Şərəfxaneyi, duktur Hüsen siyami, ustad Behruz İmani,duktur Hüsen Güneyli şair Arif Rəfiyi araşdırıcı Həmid Telim Xanlı, şair Aqidi sərabi , Davud Nadiri və elimzin başqa ədəbi nümayəndələri habelə ziyalılar iştirak ediblər.

Mərasimdə İran Aşıqlar Birliyi başçısı Səlcuq Şahbazi, İranın başa-başından gəlmiş Aşıqlar ,tanınmış şairlər və başqaları çıxış edərək Z.Yaqubun yaradıcılığından şeirinin əhəmiyətindən danışdılar.

Sonra Z.Yaqubun həyatından bəhs olunan sənədli film göstərildi

Mərasim iştirakçılarına Z.Yaqubun Yusif Çaxırlı Məzahir Təhmasib pur tərəfindən əsgi əlifbaya köçürmuş şeirlər kitabı da nümayiş edilmişdir

Şair məhəməd İbadi Alışıq mərasimi zəlimxana yaraşan səviyədə apara bilmişdir.