گزیرم (gəzirəm )

ıllərdı ki bir ıtıgın dalınca , 
zəncir salıb yerə , göyə gəzirəm , 
gecə , gündüz qara üzlü taleyi , 
qarqışlayıb , söyə - söyə gəzirəm ,

qaraçıla oca dağlar aşıram , 
qurbətilə yad ellərdə yaşıram , 
həsrətilə sözü - sözə quşuram , 
ağı üstə deyə - deyə gəzirəm ,

yol gedirəm ömrüm , günüm uzunu , 
geyinmişəm yollarımın tüzünü , 
bu yollarda biri sevdanın ızını , 
dəmir çariq geyə - geyə gəzirəm ,

dərin , dayaz , dərə , təpə gedirəm , 
ələnsə qar , oçsa şəpə gedirəm , 
gül çiçəgi öpə - öpə gedirəm , 
tıkanlara dəyə - dəyə gəzirəm ,

axşamını çüxü səhər onudub , 
sevdiyni çox sevənlər onudub , 
bəlkə məni o bəxtəvər onudub , 
heç bilmirəm nədən niyə gəzirəm ,

əndəlib yox yolda qalmış ərəbəm , 
susuz çöldə bir yorulmuş ərəbm , 
məndə belə dəvəsi ölmüş ərəbm , 
öz başıma döyə - döyə gəzirəm ,

səvavət izzəti - əndəlib
ایللردی کی بیر ایتیگین دالینجا،
زنجیر سالیب یئره ، گؤیه گزیرم ،
گئجه ، گوندوز قارا اوزلو طالعی ،
قارقیشلاییب ، سؤیه – سؤیه گزیرم ،

قاراچیلا اوجا داغلار آشیرام ،
غربتیله یاد ائللرده یاشیرام ،
حسرتیله سؤزو – سؤزه قوشورام ،
آغی اوسته دئیه – دئیه گزیرم ،

یول گئدیرم عمروم ، گونوم اوزونو ،
گئیینمیشم یوللاریمین توزونو ،
بو یوللاردا بیری سئودانین ایزینی ،
دمیر چارق گئیه – گئیه گزیرم ،

درین ، دایاز ، دره ، تپه گئدیرم ،
النسه قار ، اوچسا شپه گئدیرم ،
گول چیچگی اؤپه – اؤپه گئدیرم ،
تیکانلارا دیه – دیه گزیرم ،

آخشامینی چوخو سحر اونودوب ،
سئودیینی چوخ سئونلر اونودوب ،
بلکه منی او بخته ور اونودوب ،
هئچ بیلمیرم ندن نییه گزیرم ،

عندلیب یوخ یولدا قالمیش عربم ،
سوسوز چؤلده بیر یورولموش عربم ،
منده بئله دوه سی اؤلموش عربم ،
اؤز باشیما دؤیه – دؤیه گزیرم ،
سخاوت عزتی - عندلیب