Nəsimi babamı diri soydular
Nəsimi babamı diri soydular ,
Məgər susdu dili , kəsildi səsi ?
Çox haqq görənlərin , gözün oydular ,
Görünməzmi oldu haqqın cilvəsi !
Hələ köksümdədir « dədəmin sazı» ,
Sözüm dosta mərhəm , düşmana oxdur.
Çağırsam dadıma gələr « eyvazı»
Köməgim , dayağım , el - arxam çoxdur.
Bulud tək kişnrəm , sel tək axaram ,
Dağlarda yolumu səd edə bilməz.
« Şahab» ollam şeytanlara şaxaram ,
Səhəndin heç zaman başı əgilməz.
Zəmanə başımda bostan əksədə ,
Zülmə , həqsizliğa baş əgməmişəm.
Ayağım minkərə daşa dəgsədə ,
Nə büdrəmək , nə yorulmaq bilmişəm.
Türk Şair / Bulut Qaraçorlu ( SƏHƏND )
هدف از ایجاد این وبلاگ جمع آوری مطالب و آگاه سازی عزیزان می باشد